Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər. Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məyus edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib. Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.
Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb. Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.
Qeyd edək ki, qrupun digər oyununda Bosniya və Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan millisi 1/4 finala vəsiqəni təmin edib.
-----------------------------------
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq.
Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan millisi ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.
Avropa çempionatı
D qrupu, II tur
26 yanvar
23:30. İspaniya - Azərbaycan - 2:2
Qollar: Raul Qomes, 11`28". Serxio Losano, 30`01" - Serxio Losano, 9`16" (avtoqol). İsa Atayev, 16`38"
Baş hakim: Migel Kastilyu (Portuqaliya)
Qroningen. "Martini Plaza".
İspaniya: 12. Didak Plana (q), 2. Ortiz (k), 6. Raul Qomez, 9. Lozano, 13. Mellado, 1. Jesus Herrero (q), 3. Borja, 4. Esteban, 5. Boyis, 7. Camacho Perez, 10. Cecilio, 11. Chino, 14. Raul Kampos
Baş məşqçi: Fede Vidal
Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borges, 5. Fineo De Araujo, 9. Rafael Vilela 2. Felipinyo, 3. Bolinha, 10. Vassoura, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi,
Baş məşqçi: Joze Alesio Da Silva
Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.