
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Sportnet.a-ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda başlayıb.
"Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub.
"Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.
Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.
Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.
Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.
Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.
------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.
Çempionluğu təmin edən "Qarabağ" "Səbail"in qonağı olacaq. "Köhlən atlar"ın 63, 15 xalla sonuncu - 8-ci sıradakı "dənizçilər"in 15 xalı var. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəlib. Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 35:7.
UEFA Konfrans Liqasına vəsiqə şanslarını davam etdirən "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 39 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb. Çempionatdakı əvvəlki 14 matçın 6-da "Sabah", 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində "Sabah" minimal üstünlüyə malikdir - 18:17
Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olacaq. "Qırmızı-qaralar" 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də "Şamaxı" üstündür - 72:57.
Nəhayət, "Zirə" gümüş medalları təmin edən "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın 50 xalı var. 43 xala malik "qartallar" üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də "Zirə", 7-də "Neftçi" qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var - 27:26.
"Qəbələ" bu tur xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. "Sabah" "Sumqayıt"ın müqavimətini qıra bilməsə, "Qəbələ" Şamaxı səfərindən 3 xalla qayıtsa, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.
Azərbaycan Premyer Liqası, XXVII tur
15 may (bazar)
17:00. “Səbail” – “Qarabağ” - 0:3
Qollar: Rauf Hüseynli, 70. Musa Qurbanlı, 87. Ramil Şeydayev, 90+1
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.
17:00. “Sabah” – “Sumqayıt” - 2:2
Qollar: Kristian Sebalyos, 90+5 (pen.). Aleksey Kaşuk, 90+6 - Vurğun Hüseynov, 56. Rəhim Sadıxov, 83
Qırmızı vərəqə: Amin Seydiyev, 53 ("Sabah")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, (“CBC Sport”/canlı)
17:00. “Şamaxı” – “Qəbələ” - 0:1
Qol: Emil Səfərov, 25
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu, (pfl.az/canlı)
17:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Ramin Əhmədov, 81
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, (cbcsport.az/canlı)