"İlk növbədə, "Qarabağ"ı və bütün "Qarabağ"lıları təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu şəhid Məhəmmədəli İbrahimlinin atası Mütəllim İbrahimli mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün hamı üçün həqiqətən də çox qiymətlidir: "Komandamız birinci yeri tutdu. Sevincimizin həddi-hüdudu yoxdur. Sevinirəm ki, dostlar bizi yaddan çıxarmayıb. Qurban müəllim çox sağ olsun, unutmayıb. Bu gün məni dəvət etdi və gəldim baxdım. Şəhid oğlum Məhəmmədəlinin xatirəsinə edilən tədbirlərin hamısı ürəyimcə oldu. Allah hamısından razı olsun. Bir də qeyd etmək istəyirəm ki, Tahir müəllimdən də Allah razı olsun. O, bizim üçün dəyərli adamdır".