"Səbail" klubu baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni pozub.
Bu barədə Sportnet.az-a 41 yaşlı mütəxəssisin köməkçisi Emin Ağayev məlumat verib.
Onun sözlərinə görə, Hacıyevlə yanaşı, digər məşqçilər də istefaya göndərilib.
Qeyd edək ki, "Səbail" mayın 13-də Aftandil Hacıyevlə 1 illik yeni müqavilə imzalamışdı.