
Kadi Borges “Qarabağ”dan ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin transferi istiqamətində Rusiya “Krasnodar"ı ilə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.