
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sabah”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.
“Sumqayıt” - “Turan Tovuz” matçında meydana kənar şəxs daxil olduğu üçün “gənclik şəhəri” təmsilçisi 800 manat cərimə ödəyəcək. Bundan başqa, sumqayıtlıların meydana gec daxil olması səbəbindən ikinci hissənin startı 4 dəqiqə ləngidiyi üçün klub əlavə 1500 manat ziyana düşüb.