
AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.
İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanı da məğlub edib. Ferran Torresin 13-cü dəqiqədə vurduğu qol yeganə olub.
Digər qarşılaşmanın da taleyi son saniyələrdə həll olunub. Son Avropa çempionu İtaliya 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb. Qazanılan 1 xal İtaliyanı 1/8 finala yüksəldib. Hesabında 2 xal olan Xorvatiya isə Avropa çempionatı ilə vidalaşıb.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.