
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
Sportnet.az xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.
Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.
Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
--------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında ilk 1/4 finalçı bəlli olub.
Sportnet.az xəbər verir ki, İtaliya millisini 2:0 hesabı ilə məğlub edən İsveçrə yığması adını növbəti mərhələyə yazdırıb.
Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, İsveçrənin 1/4 finaldakı rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.
------------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya - 2:0
Qollar: Remo Froyler, 37. Ruben Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka - 2:0
Qollar: Kay Haverts, 53 (pen.). Camal Musiala, 68
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.