
Fransanın "Lion" klubu İngiltərə təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Mussa Niakateni transfer edib.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Fransa təmsilçisi futbolçu üçün 31,9 milyon avro ödəyib.
Qeyd edək ki, Mussa Niakate 2022-ci ilin yayında 10 milyon avroya Almaniyanın "Maynts 05" klubundan İngiltərə təmsilçisinə keçib. Yarımmüdafiəçi "Nottingem Forest" klubunda meydana çıxdığı 37 oyunda 1 qol vurub.