
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportnet.az-a verilən məlumata görə, 53 yaşlı mütəxəssis azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
O, özünün də döyüşləri canlı izləyəcəyini bildirib: “Hamını 21 iyun tarixində Baku Crystal Hall-a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Bakı Kristal Zalında Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.
Qeyd edək ki, UFC turnirində Azərbaycanı Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.