
24:00. İran – Nigeriya 0:0
Baş hakim: Karlos Vera (Ekvador)
Kuritiba, "Arena da Bayxada"
Start heyətlər
İran: 1. Əlirza Həqiqi, 2. Heydəri (Şocayi-89), 3. Haji Safi, 4. Hosseyni, 5. Sadeyi, 6. Nekunam, 14. Andronik Timotiyan (sarı vərəqə-76), 15. Montazeri, 16. Reza Qohanejat, 21. Dejaqa (Cahanbakş-78), 23. Poladi.
Nigeriya: 1. Enyeama, 5. Ambrose, 13. Oşaniva, 14. Oboabona (Yobo-30), 22. Omeruo, 10. Mikel, 17. Onazi, 15. Ramon Aziz (Odemvinqe-70), 7. Musa, 11. Viktor Moses (Ameobi-52), 9. Emenike.
Matçöncəsi maraqlı məqamlar
İran mundiallrda bu günə qədər oynadığı 9 matçdakı yeganə qələbəsini 1998-ci ildə ABŞ-a qarşı (2-1) əldə edib.
- İran bu günədək mundiallarda oynadığı bütün matçlarda qol buraxıb.
- Nigeriya, DÇ-lərdə keçirdiyi son 8 matçda qələbəyə həsrət qalıb. Afrika təmsilçisi 2 heç-heçə, 6 məğlubiyətlə yadda qalıb.
- İki komanda arasında 1998-ci ildə oynanılan hazırlıq matçı Nigeriyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Nigeriyanın DÇ-2010-da vurduğu hər üç qol standart vəziyyət zamanı baş verib.
- Nigeriyanın "Lill”də forma
geyən qapıçısı Vinsent Enyama ötən mövsüm 21 matçda qapısını toxunulmaz
saxlayaraq, Avropada bütün həmkarlarını qabaqlayıb.
Oyun başlayır.
3-ü dəq. Matçda ilk zərbə Mosesdən gəlir.
7-ci dəq. Ahmed Musa künc zərbəsindən sonra topu qapıdan keçirir. Lakin epizodda qapıçıya qarşı kobud oynadığı üçün qol qeydə alınmır.
9-cu dəq. Ardıcıl iki epizodda Nigeriya qola yaxın olur. Emenikenin zərbəsi təhlükəli alınır.
13-cü dəq. Moses sol cinahda iki oyunçunu keçir. Ötürmə anında top meydanı tərk edir.
18-ci dəq. Ambrosenin asmasında Həqiqi çıxışda səhvə yol vermir.
21-ci dəq. Obabona zədələnir. Futbolçu meydanı xərəklə tərk edir.
24-cü dəq. Az öncə zədələnən Obabona meydana qayıdır.
30-cu dəq. Obabona oyunu davam etdirə bilmir. O, Yozef Yobo ilə əvəzlənir.
31-ci dəq. Nigeriyalı Ahmed Musanın cərimə meydançasına təhlükəli ötürməsində Həqiqi yenə səhvsiz oynayır.
35-ci dəq. İran qola yaxın olur. Rezanın baş zərbəsinə Enyeama əla reaksiya göstərir.
45-ci dəq. Hakim ilk hissəyə 2 dəqiqə əlavə edir.
45+2-ci dəq. Hakim sönük keçən birinci hissəni bitirir.
Fasilə
Birinci hissənin statistikası
İran Nigeriya36% Topa nəzarət 64%
1 Küncdən zərbə 2
1 Of-sayd 0
6 Qayda pozuntusu 7
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başladı.
48-ci dəq. Hissəyə aktiv başlayan tərəf afrikalılardır.
50-ci dəq. Rezanın zərbəsi təhlükəli alınır.
52-ci dəq. Nigeriyada Mosesi Şola Ameobi əvəz edir.
58-ci dəq. Emenike önünə düşən topa güclü zərbə endirsə də, qeyri-dəqiq alınır.
65-ci dəq. İranın sürətli əks-hücumu komandaya küncdən zərbə qazandırır.
67-ci dəq. Sağ cinahdan göndərilən ötürmədə Rezanın zərbəsi qeyri-dəqiq alınır.
70-ci dəq. Nigeriyada dəyişiklik: Ramon Aziz yerini Peter Odemvinqeyə verir.
76-cı dəq. Oyunda ilk sarı vərəqə Andronik Timotyana göstərilir.
77-ci dəq. Nigeriyanın qapısı qarşısında təhlükəli vəziyyət. Dejaqanın zərbəsi dəqiq alınmır.
78-ci dəq. Dejaqanın əvəzinə Əlireza Cahanbakş meydana çıxır.
81-ci dəq. Timotyanın zərbəsi qapıdan aralı keçir.
83-cü dəq. Odemvinqedən təhlükəli zərbə. Hakim əllə oyuna işarə edir.
89-cu dəq. İranda Xosro Heydərini Məsud Şocayi əvəz edir.
90+2-ci dəq. Hakim oyunu başa vurur.
Birinci hissənin statistikası
İran Nigeriya36% Topa nəzarət 64%
2 Küncdən zərbə 7
1 Of-sayd 0
18 Qayda pozuntusu 16
1 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Con Obi Mikel