
17 iyun. H qrupu.
21:00. Belçika - Əlcəzair 2:1
Qollar: Fellaini, 70. Mertens, 80 - Fequli, 25-p.
Baş hakim: Marko Rodriqes (Meksika)
"Estadio Mineyrao" (Belu Orizonte)
Start heyətlər
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyred, 4. Vensan Kompani, 5. Yan Vertongen (sarı vərəqə-24), 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 9. Romelu Lukaku (17. Divok Origi-58), 10. Eden Hazard, 15. Daniel Van Buyten, 19. Musa Dembele (8. Maruan Fellaini-65), 22. Naser Şadli (14. Dris Mertens-46).
Əlcəzair: 23. Rais Mboli, 2. Məcid Buqyerra, 3. Fəuzi Qulam, 5. Rafik Halliç, 10. Sofiane Fequli, 12. Karl Medyani (9. Nəbil Gilas-84), 14. Nabil Bentaleb (sarı vərəqə-34), 15. Əl Ərəbi Sudani (13. İslam Slimani-66), 19. Səfir Tayder, 21. Riyad Mahrez (8. Medhi Lasen-72), 22. Mehdi Mostefa.
Matçöncəsi maraqlı məqamlar
- Belçika DÇ-2014 seçmələrində qrupu məğlubiyətsiz lider kimi tamamlayıb.
- Əlcəzairin heyətindəki 23 futbolçusu 23 fərqli komandalarda oynayır. Bu DÇ tarixində bir ilkdir.
- İki komanda daha əvvəl iki dəfə qarşılaşıb. Bu matçlardan birini Belçika qazanıb, digər matç heç-heçə bitib. Belçika bu oyunlarda 3, Əlcəzair 1 qol vurub.
- Belçikanın heyətinin dəyəri 344 milyon avro olduğu halda Əlcəzairdə bu rəqəm 56 milyon avrodur.
- DÇ-2014 öncəsi 3 hazırlıq matçı keçirən Afrika təmsilçisi hər üç oyunda qalib gəlib. Komanda bu qarşılaşmalarda 7 qol vurub, 2 qol buraxıb.
- Belçika isə 4 hazırlıq
matçında 1 heç-heçə, 3 qələbə ilə yadda qalıb. Bu yunlarda Avropa nümayəndəsi rəqib
qapılarından 10 top keçirdiyi halda öz qapısından 3 top buraxıb.
Oyun başlayır.
4-cü dəq. Gözlənilənin əksinə Əlcəzair oyuna daha yaxşı başlayan tərəf olur.
9-cu dəq. Komandalar kəsərli hücumlar qurmaqda çətinlik çəkir. Hələ ki, oyunda ciddi qol epizodu yoxdur.
15-ci dəq. Belçika oyunu rəqib yarımmeydanına daşımağa çalışır.
21-ci dəq. Oyunda ilk təhlükəli zərbə. Vitselin zərbəsini qapıçı Mboli dəf edir.
24-cü dəq. Vertongen cərimə meydançasında Fequliyə qarşı kobud oynayır və penaltiyə səbəb olur. Hakim Vertongenə sarı vərəqə göstərir.
25-ci dəq. QOOOOOOL! Zərərçəkən Fequli 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirir.
32-ci dəq. Qoldan sonra Belçika təzyiqi artırsa da, Əlcəzair müdafiəsini yara bilmir.
34-cü dəq. Əlcəzairli Nabil Bentaleb sarı vərəqə alır.
35-ci dəq. Vitseldən daha bir effektiv zərbə. Yenə Mboli səhvsiz oynayır.
37-ci dəq. Bu ana qədər Belçikanın topa nəzarətdə 65% - 35% nisbətində üstünlüyü var.
39-cu dəq. Vertongenin cərimə zərbəsi qapının üstündən keçir.
44-cü dəq. Şadli sol cinahda Hazardın ötürməsini qəbul edir. Futbolçunun zərbəsi zəif alınır.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Birinci hissənin statistikası
Belçika Əlcəzair
67% Topa nəzarət 33%
2 Küncdən zərbə 0
0 Of-sayd 0
8 Qayda pozuntusu 7
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
46-cı dəq. Naser Şadlini Dris Mertens əvəz edir.
49-cu dəq. Küncdən zərbə zamanı Vitselin baş zərbəsi istənilən kimi alınmır.
51-ci dəq. Mertens sağ cinahdan sürətlə iki futbolçunu keçir. Onun ötürməsindən sonra Lukaku topa toxuna bilmir.
58-ci dəq. Lukaku meydanı tərk edir, onu Divok Origi əvəz edir.
65-ci dəq. Maruan Fellaini meydana daxil olur. Musa Dembele oyunu tərk edir.
66-cı dəq. Əlcəzairdə El Arabi Sudaninin əvəzinə İslam Slimani meydana çıxır.
67-ci dəq. Belçikanın təhlükəli hücumu. Oriqinin zərbəsini yenə də Mboli dəf edir.
70-ci dəq. QOOOOOL! Belçika hesabı bərabərləşdirdi. Oyuna yenicə girən Fellaininin baş zərbəsi dəqiq olur.
2-ci dəq. Medhi Lasen Riad Mahrezi əvəz edir.
80-ci dəq. QOOOOOOOL! Daha bir meydana sonradan daxil olan futbolçu fərqlənir. Mertens Belçikanı önə keçirir.
83-cü dəq. Mbila komandasını real qoldan xilas edir. Fellaininin baş zərbəsi təhlükəli alınır.
84-cü dəq. Əlcəzairdə sonuncu dəyişiklik. Medyanini Nəbil Gilas əvəz edir.
87-ci dəq. Fellaini fərqi artırmağa yaxın olur. Lakin ayağı büdrəyən futbolçu topa vura bilmir.
90-cı dəq. Əsas vaxta 3 dəqiqə olunur.
90+4-cü dəq. Matç başa çatır.
Oyunun statistikası
Belçika Əlcəzair
65% Topa nəzarət 35%
7 Küncdən zərbə 2
3 Of-sayd 0
20 Qayda pozuntusu 18
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Kevin De Bruyne (Belçika)