
"Sumqayıt" yeni transferini həyata keçirib. Sportnet.az-ın məlumatına görə, klub son olaraq "Bakı"nın şərəfini qorumuş Mikayıl Rəhimovu heyətinə qatıb.
27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mikayıl Rəhimov "Sumqayıt"da 6 nömrəli formanı geyinəcək.








































































