
İspaniya Futbol Federasiyası ölkə çempionatını dayandıra bilər. Sportnet.az-ın "Reuters"ə istinadən məlumatına görə, federasiya rəhbərliyi dövlətin klubların maliyyə işlərinə qarışmasından və uşaq-gənclər futbolunun maliyyələşməsini dayandırmasından narazıdır.
Hazırda La Liqada 38 turun 20-si arxada qalıb. XI turun qarşılaşmaları yanvarın 30-dan fevralın 2-dək davam edəcək.










































































