1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Qələbə bütün pislikləri yaddan çıxarır"
Bakının AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov "Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XIX tur matçı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, Əhmədov gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edib.
"Xüsusən də, sonluq dramatik alındı. Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi" deyən 44 yaşlı mütəxəssis AZAL-ın qarşıda vacib oyunlarının olduğunu vurğulayıb. O bildirib ki, heyətdə əvəzolunmaz futbolçu yoxdur: "Bu oyunda məcburiyyətdən addım atmışdım. Viktor İqbekoyi tam hazır olmasa da, oynadı. Edu və Oskar Klavanın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var".
Əhmədov rəqibləri bir-birindən ayırmadığını və bütün komandalara eyni gözlə baxdığını söyləyib: "Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır".