Azərbaycan və Özbəkistanın qadınlardan ibarət milli komandaları arasında dünya çempionatına seçim xarakterli matçın açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, "Dinamo" otelində keçirilən tədbirdə əvvəlcə hər iki dövlətin himni səsləndirilib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov yarış iştirakçılarını salamlayıb. Onlar hər iki komandaya uğurlar arzulayıblar.
Qeyd edək ki, oyunun qalibi 16 - 23 noyabrda İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.












































































