
Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış qadın şahmatçılardan ibarət Azərbaycan millisi mükafatlandırılıb.
Sportnet.az xəbər verir ki, mükafatlandırma Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Eyni zamanda öz taxtasında birinci yeri tutan kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov təltif olunub. Onların hər birinə pul mükafatları təqdim edilib və gələcək yarışlarda uğurlar arzulanıb.
Qeyd edək ki, yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparıb.