
Qusar üzgüçüsü Marina Murtuzayeva yerli Olimpiya İdman Kompleksində keçirilmiş "Birlikdə üzək" adlı ümumrespublika yarışında gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, öz yaş kateqoriyasında ölkə üzrə ikinci yeri tutan idmançı mükafatlandırılma mərasiminə dəvət olunub.
Qeyd edək ki, ötən ay təşkil olunmuş yarış Qusarda qış aylarında baş tutan ilk üzgüçülük birinciliyi kimi tarixə düşüb.