Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun Avropa Kubokunda növbəti rəqibi bəlli olub.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi III mərhələdə “Qaliçanka” ilə görüşəcək.
Ukrayna klubu ardıcıl ikinci raundda Azərbaycan təmsilçisinə rəqib olub. “Qaliçanka” “Azəryol”u Bakıdakı hər iki matçda məğlub edib – 36:22, 32:16.
III mərhələnin görüşləri noyabrın 9-10-da və 16-17-də keçiriləcək. İlk görüş Ukrayna klubunun meydanında baş tutacaq.
Qeyd edək ki, II mərhələdə “Qarabağ" Lüksemburq “Differdanj”ını Bakıdakı hər iki oyunda məğlub edib – 27:24, 26:25.