Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Azərreyl" klubu tarixində ilk dəfə ölkə çempionu olub.
"Dəmiryolçular" finalda "Telekom"u məğlubiyyətə uğradıb. Reqlamentə əsasən, final mərhələsində oyunlar 3 qələbəyədək davam edib. Baş məşqçi Bülent Karslıoğlunun komandası rəqibinə heç bir şans verməyib. Əvvəlki qarşılaşmalarından 3:2 və 3:1 hesablı üstünlüklərlə ayrılan "Azərreyl" bu dəfə "Telekom"a set verməyib - 3:0.
Bürünc medalları da "dəmiryolçular" qazanıb. Amma bu, "Lokomotiv" klubu olub. Karlo Parisinin komandası 3-cü yer uğrunda hər 3 qarşılaşmada "Azəryol"u yenib. Əvvəlki 2 görüşdə 3:0 və 3:2 hesablı üstünlük əldə edən "Lokomotiv" bu gün qələbə sayını 3-ə çatdırıb - 3:0.
Azərbaycan Super Liqası
Final mərhələsi, 3-cü oyunlar
3-cü yer uğrunda
16:00. "Lokomotiv" - "Azəryol" - 3:0 (25:17, 25:21, 25:16)
Əvvəlki oyunlar - 3:0, 3:2
FİNAL
18:00. "Azərreyl" - "Telekom" - 3:0 (25:22, 25:23, 25:17)
Əvvəlki oyunlar - 3:2, 3:1