1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bülent Karslıoğlu: "Bu çempionluğu onlara həsr edirəm"
"Mən ilk növbədə, ailəmə çox təşəkkür etmək istərdim. Çünki Türkiyədə həyat yoldaşım, övladlarım və anam məni 4 ildir səbrlə çempion olmağım üçün gözlədilər". Sportnet.az-ın məlumatına görə, bunu "Azəreyl"in baş məşqçisi Bülent Karslıoğlu Azərbaycan Super Liqasının finalında "Telekom"u yenərək, çempion olduqları qarşılaşmadan sonra deyib.
o bildirib ki, indiyədək komandası 2 dəfə finalda oynasa da, qızıl medal qazana bilməyib. Amma Karslıoğlu bu dəfə çempionluğa ailəsi və özünün daha çox inandıqlarını diqqətə çatdırıb: "Mən çox inanmışdım, onlar da mənə inandılar. Bu çempionluğu ilk növbədə, onlara hədiyyə edirəm. Çünki çox böyük fədakarlıqlarla məni bura göndərdilər. 6 aydır 6 voleybolçu ilə mübarizə aparırdıq. Çox gözəl xarakter ortaya qoyaraq, qarşılığını aldıq. Məni bura çempionluq üçün gətirdilər. İmkansız olanı çempionatda bacardıq. Çempionluğa söz vermişdim. Nə xoşbəxtəm ki, bir türk övladı burada çempionluq yaşadı".
Qeyd edək ki, "Azərreyl" tarixində ilk dəfə Azərbaycan çempionu olub ("İdman Azərbaycan").