
Qadın həndbolçulardan ibarət "Azəryol" komandasının Avropa Kubokunun 1/16 final mərhələsindəki rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu raundda Serbiyanın "ZRK Naisa" komandası ilə üz-üzə gələcək.
"Azəryol" ilk sınağını noyabrın 14-də və ya 15-də səfərdə keçirməlidir. 1/16 finalın cavab görüşləri isə bir həftə sonra gerçəkləşəcək.