1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 2 güləşçimiz finalda!
Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycanın daha 2 təmsilçisi finala yüksəlib. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızların mübarizəsinin yekununda baş verib.
63 kq çəkidə yarışan Raqnetta Qurbanzadə mübarizəyə 1/4 finaldan başlayıb. Macarıstan və İsveçdən olan rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda rəqib Rusiya idmançısı olacaq.
72 kq-da mübarizə aparan Səbirə Əliyeva Ukrayna, Rusiya və Qazaxstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşacaq.
Final görüşləri Bakı vaxtı ilə 15 avqust, saat 02:00-da başlayacaq.
48 kq
1/8 final - Oksana Livaç (UKR) - Ayan Məmmədova 5:1
55 kq
1/16 final - Alyona Kolesnik - Julie Steffler (CAN) 4:0
1/8 final - Alyona Kolesnik - Nanami İrie (JPN) 4:10
Təsəlliverici görüş - Patrizia Liuzzi (İTA) - Alyona Kolesnik 6:5
63 kq
1/4 final - Raqnetta Qurbanzadə - Eliana Szabo (HUN) 5:1
1/2 final - Tereze Persson (SWE) - Raqnetta Qurbanzadə 2:4
FİNAL - Raqnetta Qurbanzadə - Lyubov Ovçarova (RUS)
72 kq
1/8 final - Anastasia Şutova (UKR) - Səbirə Əliyeva 0:7
1/4 final - Daria Şistrova (RUS) - Səbirə Əliyeva 6:10 (təmiz qələbə)
1/2 final - Səbirə Əliyeva - Gulmaral Yerkebayeva (KAZ) 8:5
FİNAL - Rino Obe (JPN) - Səbirə Əliyeva
Qeyd edək ki, gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir. Üçüncü yarış günündə onlardan Nəsirova və Qurbanova qızıl, Manolova bürünc medala sahib olub.
İlk iki yarış günündə yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov - 55 kq), 2 gümüş (Kərim Cəfərov - 60 kq, İslam Abbasov - 84 kq) və 1 bürünc (Ruhin Mikayılov - 66 kq) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.