
Azərbaycan kubokunda daha bir stadion debüt edib. Sportnet.az-ın məlumatına görə, 1992-ci ildən keçirilən turnir "Əlincə Arena"ya ad "qonaq gəlib". Bu, "Qarabağ"la "İnter" arasında Azərbaycan kubokuun cavab yarımfinal matçında olub. "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə nəticələnən oyunda fərqlənən "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Migel Madera bu stadionda ölkə kubokunda ilk qolun müəllifi kimi tarixə düşüb. Matçda vurulmayan penalti də olub ki, "İnter"in hücumçusu Vüqar Nadirov uzun illər şərəfini qoruduğu "Qarabağ"ın, keçmiş komanda yoldaşı Fərhad Vəliyevin qapısına yol tapa bilməyib.
"Əlincə Arena" elə bu həftə Azərbaycan Premyer Liqasında da debüt edəcək. Bu, mayın 7-də "Neftçi" - AZAL matçında olub. "Qarabağ" da həmin stadionda çempionat oyununa çıxacaq. Bu, mayın 11-də "Qəbələ" ilə matç olacaq.
Xatırladaq ki, bunadək "Əlincə Arena"da yığmalarımızın oyunları keçirilsə də, bu, yoldaşlıq görüşləri olub.