Qadın voleybolçular arasında Türkiyə Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, final qarşılaşmasında "VakıfBank" əzəli rəqibi "Eczacıbaşı" üzərində 3:1 hesablı qələbə qazanaraq çempion olub.
Ankara İdman Salonunda keçirilən görüşdə “sarı-qaralar” rəqibini 25:19, 21:25, 25:20 və 25:20 hesablı setlərlə məğlub etməyi bacarıb.
Bununla da “VakıfBank” tarixində 10-cu dəfə bu kuboka sahib çıxıb və Kupa Voleydə ən çox çempion olan komanda adına təkbaşına yiyələnib.
Qeyd edək ki, “Eczacıbaşı”nın aktivində 9 çempionluq var. Turnirin digər qalibləri arasında "Fənərbağça" 5, "Emlak Bankası" isə 1 dəfə kuboku qazanıb.

















































































