Ukraynalı boks üzrə dünya çempionu Aleksandr Usik futbol klubunda vəzifə alıb.
Sportnet.az xəbər verir ki, 37 yaşlı idmançı yerli "Polesye" klubunun I vitse-prezidenti olub. Bu barədə Usik sosial şəbəkə hesabında paylaşım edib.
Klub prezidenti Gennadi Butkeviç ilə Usik arasında rəsmi razılaşma imzalanıb. Sənədə əsasən, məşhur boksçu artıq komandanın oyunçusu statusundan rəhbərliyə keçib. Bu barədə klubun rəsmi YouTube kanalı da məlumat yayıb.
Usikin özü bildirib ki, yeni vəzifəsində klubun inkişafında yaxından iştirak etməyi və onun tanıdılmasına töhfə verməyi planlaşdırır.
O, daha əvvəl “Polesye”nin heyətində yoldaşlıq oyunlarında meydançaya çıxsa da, rəsmi matçlarda iştirak etməyib.
Hazırda Jitomir təmsilçisi Ukrayna çempionatında üçüncü pillədə qərarlaşıb və lider "LNZ Çerkası" klubundan 5 xal geri qalır.
Qeyd edək ki, "Polesye" qış transfer dövründə iki futbolçusu - Emil Mustafayev və Danilo Beskorovaynını "Sumqayıt"a icarəyə verib.

















































































