Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenko 2026-cı il üçün bədii gimnastika üzrə Rusiya millisinin ehtiyat heyətinə daxil edilib.
Sportnet.az xəbər verir ki, 21 yaşlı idmançı 2021-ci ildə komanda hesabında Avropa çempionu olub, həmçinin gənclər arasında üçqat dünya çempionu titulunu qazanıb.
L.Kramarenko 2024-cü ildə Rusiya çempionatında bütün fərdi növlərdə qızıl medal əldə edib. O, həmçinin iyun ayında keçirilən BRİKS Oyunlarında çoxnövçülük və lentlə hərəkətlər üzrə çempion adını qazanıb.
BRİKS Oyunlarından sonra gimnast zədələnmiş dizindən əməliyyat olunub. O, ötən ilin noyabrında karyerasını bərpa etdiyini açıqlayıb.
Qeyd edək ki, Lalə Kramarenko ilə yanaşı, ehtiyat heyətə 28 gimnast daxil edilib.

















































































