Türkiyədə idman və şou-biznes dünyasını sarsıdan genişmiqyaslı narkotik əməliyyatı keçirilib.
Sportnet.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “Qalatasaray”ın sabiq prezidenti Burak Elmas və “Beşiktaş”ın keçmiş rəhbəri Fikrət Orman da daxil olmaqla 16 nəfər barəsində saxlanılma qərarı verilib. Siyahıda həmçinin Hakan Sabancı, Kerim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və Güzide Duran kimi tanınmış simalar da yer alıb.





















































































