Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
Sportnet.az xəbər verir ki, N. İsmayılova kişilər arasında Çempionlar Liqasının dörddəbir final mərhələsində İtaliyanın “Cucine Lube Civitanova” və Polşanın “Aluron CMC Varta Zawiercie” komandalarının qarşılaşmasında iştirak edəcək. O, bu gün İtaliyada baş tutacaq görüşdə supervayzer kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qarşılaşmanın hakimləri portuqaliyalı Ferreira Rikardo və yunanıstanlı Vasileiadis Vasileios olacaq.



















































































