AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XXV tur matçlarında baş vermiş mübahisəli epizodları şərh edib.
Sportnet.az-ın məlumatına görə, əsas narazılıq doğuran epizod "Kəpəz" - "Qarabağ" qarşılaşması ilə bağlı olub.
Həsənov 73-cü dəqiqədə Ağdam komandasının futbolçusu Kamilo Duranın gəncəlilərin cərimə meydançası daxilində ayağına zərbədən deyil, topa müdaxilədən sonra yerə yıxılıdğını bildirib. O, baş hakim və VAR hakimlərinin danışığını da təqdim edib:

















































































