Türkiyə "Qalatasaray"ının futbolçusu Viktor Osimhen əməliyyat olunub.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi “X” hesabına istinadən xəbər verir ki, nigeriyalı hücumçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
Forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərədə "Liverpul"a qarşı cavab oyununda zədələnərək matçı davam etdirə bilməyib. O, rəqib müdafiəçi İbrahima Konate ilə mübarizə zamanı xəsarət alıb.
Qeyd edək ki, tərəflər arasında İstanbulda keçirilmiş ilk qarşılaşma “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçında isə “Liverpul” 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

















































































