Dünya futbolunun ulduzu Kriştianu Ronaldu və nişanlısı Corcina Rodriges dəbdəbəli həyat tərzini nümayiş etdirmələri ilə yenidən diqqət mərkəzinə düşüblər.
Sportnet.az xəbər verir ki, Rodriges özünün “instaqram” hesabında paylaşdığı foto ilə qısa müddətdə geniş marağa səbəb olub. Şəkildə cütlük ümumi dəyəri təxminən 15 milyon funt sterlinq olan əşyalarını nümayiş etdirib.
Paylaşımda 10 milyon funt sterlinqdən artıq qiymətləndirilən "Buqatti Centodieci" hiperkarı, ümumi dəyəri 800 min funt sterlinqdən çox olan eksklüziv "Patek Fiilippe" saatları, həmçinin Corcina Rodrigesin 4.5 milyona olan nişan üzüyü yer alıb.
















































































