Ukrayna “Çernomorets”inin baş məşqçisi Roman Qriqorçuk tanınmış futbolçu Yaroslav Rakitskini komandadan kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, buna səbəb müdafiəçinin komandanın toplanışına vaxtında qoşulmaması olub.
Qriqorçuk qərarını belə əsaslandırıb: “Mən Yaroslavı futbolçu kimi çox yüksək qiymətləndirirəm. O, futbolda çox şeyə nail olub. Komandaya gələndə onun bizimlə olmasını çox istəyirdim. Çünki onun titul və ustalıq sahibi olduğunu yaxşı anlayırdım. Amma Yaroslavın təklif etdiyi vəziyyəti qəbul edə bilməzdim. O, müxtəlif səbəblərdən komandanın toplanışına vaxtında qoşulmaq istəmirdi. Vaxt keçdikcə bu vəziyyət daha da qəbuledilməz hal aldı. Bu, bir növ hörmət məsələsidir. Futbolçuya hörmətimiz sonsuzdur, amma ortada kollektiv və klub var. Hamı özünü düzgün aparmalıdır. Bu səbəbdən onunla davam etmək artıq mümkün deyildi. Sadəcə qəbul etməliyik ki, Yaroslav artıq bizimlə deyil”.
Qeyd edək ki, Yaroslav Rakitski hazırda klubsuzdur. O, daha əvvəl Ukraynanın "Şaxtyor Donetsk", Rusiyanın "Zenit" və Türkiyənin "Adana Dəmirspor" klublarının da formasını geyinib. Roman Qriqorçuk isə əvvəllər Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub.



















































































