Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-ın "Kolambus Krü" komandasının heyətində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçunun MLS-də debütü "Toronto" ilə səfər matçına təsadüf edib.
Axundzadə 88-ci dəqiqədə Andre Qomeşin əvəzinə meydançaya daxil olub.
Həmin vaxt "Kolambus Krü" 1:2 hesabı ilə geridə olub. Qarşılaşma elə bu hesabla da başa çatıb.












































































