2026-cı il dünya çempionatının Avropa zonası üzrə keçid pley-off mərhələsində yarımfinal oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə milli komandası doğma meydanda Rumıniya yığması ilə üz-üzə gəlib.
İstanbul şəhərindəki "Tüpraş" stadionunda keçirilmiş görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Ferdi Kadioğlu vurub.
Türkiyə millisi martın 31-də gerçəkləşəcək final matçında Kosovonun qonağı olacaq. Kosovo yarımfinalda Slovakiyanı səfərdə məğlubiyyətə uğradıb - 4:3.
Digər yarımfinallarda Şimali İrlandiya İtaliyaya, Uels Bosniya və Herseqovinaya, Ukrayna İsveçə, Albaniya Polşaya, Şimali Makedoniya Danimarkaya, İrlandiya isə Çexiyaya uduzaraq, mübarizəni dayandırıb.
Finalda Bosniya və Herseqovina İtaliyaya, İsveç Polşaya, Çexiya Danimarkaya rəqib olub.
DÇ-2026
Avropa zonası üzrə keçid pley-off oyunları
Yarımfinal
21:00. Türkiyə - Rumıniya - 1:0
Qol: Ferdi Kadioğlu, 53
23:45. İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Sandro Tonali, 56. Moyze Kin, 80
23:45. Uels - Bosniya və Herseqovina - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 2:4)
Qollar: Daniel Ceyms, 51 - Edin Ceko, 86
23:45. Ukrayna - İsveç - 1:3
Qollar: Matvey Ponomarenko, 90 - Viktor Dökereş, 6; 51; 73 (pen.)
23:45. Polşa - Albaniya - 2:1
Qollar: Robert Levandovski, 63. Pyotr Zelinski, 73 - Arber Hoca, 42
23:45. Slovakiya - Kosovo - 3:4
Qollar: Martin Valyent, 6. Lukaş Haraslin, 45. David Strelets, 90+4 - Veldin Hoca, 21. Fisnik Aslani, 47. Florent Musliya, 60. Kreşnik Hayrizi, 72
23:45. Danimarka - Şimali Makedoniya - 4:0
Qollar: Mikkel Damsqor, 49. Qustav İsaksen, 58; 59. Kristian Nörqor, 75
23:45. Çexiya - İrlandiya - 2:2 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 4:3)
Qollar: Patrik Şik, 27 (pen.). Ladislav Kreyçi, 86 - Troy Parrott, 19 (pen.). Matey Kovarj, 23 (öz qapısına)
Martın 31-də keçiriləcək finalda görüşəcəklər:
A finalı
Bosniya və Herseqovina - İtaliya
B finalı
İsveç - Polşa
C finalı
Kosovo - Türkiyə
D finalı
Çexiya - Danimarka.






















































































