Futzal üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.
Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Yevgeni Kukseviç hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
O, komandanı apreldə 4 çətin görüşün gözlədiyini bildirib:
“Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar mövcuddur. Eyni zamanda heyətimizdə də bir necə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

















































































