Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi görüş Tovuz komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 3-cü dəqiqədə nominal meydan sahiblərinin futbolçusu Hayderson Hurtado açıb.
27-ci dəqiqədə qonaqların oyunçusu Eşqin Əhmədov bərabərlik qolunu vurub.
49-cu dəqiqədə Hurtado dubl edərək, "Turan Tovuz"u yenidən önə çıxarıb.
59-cu dəqiqədə Joarlem Santos Qərb təmsilçisinin üçüncü qolunu vurub.
90+7-ci dəqiqədə isə Roderik Miller topu öz qapısına göndərib və "Qəbələ" matçdan minimal fərqli məğlubiyyətlə ayrılıb.
Bununla da Turan Tovuz" xalını 48-ə çatdırsa da, 3-cü pillədə qalıb.
"Qəbələ" isə 16 xalla 11-cidir.
----------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz" və "Qəbələ" komandaları üz-üzə gələcək.
Saat 16:00-da başlanacaq görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda "Turan Tovuz" 24 oyundan 45 xalla 3-cü, "Qəbələ" 16 xalla 11-ci yerdə gedir.
İki komandanın əvvəlki 10 oyununun yarısında Tovuz komandası qalib gəlib. "Qırmızı-qaralar" cəmi 2 dəfə qələbəyə sevinib. Daha 3 görüş heç-heçə ilə yekunlaşıb. Qərb təmsilçisinin topların nisbətində üstünlüyü minimaldır - 13:12.
“Turan Tovuz” son 4 matçda qalib gəlib. “Qəbələ” son iki qarşılaşmada qol vurmayıb.
Azərbaycan Premyer Liqası, XXV tur
21 mart (şənbə)
16:00. “Turan Tovuz” – “Qəbələ” - 3:2
Qol: Hayderson Hurtado, 3; 49. Joarlem Santos, 59 - Eşqin Əhmədov, 27. Roderik Miller, 90+7 (avtoqol)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, XXV turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan-Yevlax"ı, "Kəpəz" isə evdə "Qarabağ"ı eyni hesabla yenib - 1:0. "Sabah" öz meydançasında "Sumqayıt"a 3:1, "Neftçi" "İmişli"yə 6:0 hesabı ilə qalib gəlib.



















































































