UEFA İngiltərə Premyer Liqası klublarının UEFA Çempionlar Liqası üçün iştirak ərizələrinin genişləndirilməsi ilə bağlı müraciətini rədd edib.
Sportnet.az-ın "The Guardian"a istinadən məlumatına görə, Premyer Liqa klubları UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində futbolçu sayının 25 nəfərdən 28 nəfərə çatdırılmasını təklif ediblər.
Lakin UEFA mövcud qaydaların saxlanılmasına üstünlük verərək bu təklifi qəbul etməyib.
Bildirilir ki, qərarın qəbulunda İspaniya klublarının nümayəndələri də mühüm rol oynayıb. Onlar hesab edirlər ki, Premyer Liqa klubları maliyyə üstünlüklərindən istifadə edərək daha geniş heyətlə ciddi rəqabət üstünlüyü əldə edə bilərlər.
Mənbənin məlumatına əsasən, bu məsələ 2027/2028-ci illər mövsümünün başlanğıcı ərəfəsində yenidən müzakirəyə çıxarıla bilər.


















































































