19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan milli Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.
Görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qolları 29-cu və 45+2-ci dəqiqələrdə Avstriya "Zaltsburq"unda çıxış edən yarımmüdafiəçi Dovas Qrudzinskas, 74-cü dəqiqədə Fransa "Monako"sunun hücumçusu Rodion Pyazenko və 82-ci dəqiqədə yerli "Be1 NFA" komandasının müdafiəçisi Yuqas Turçinskas vurub.
24 mart
20:00. Litva (U-19) – Azərbaycan (U-19) - 4:0
Qollar: Dovas Qrudzinskas, 29; 45+2. Rodion Pyazenko, 74. Yuqas Turçinskas, 82
Baş hakim: Yon Orliç (Moldova)
Baş hakimin köməkçiləri: Anatolie Basiul (Moldova), Semen Şlonçak (Ukrayna)
Dördüncü hakim: Viktor Kopiyevski (Ukrayna)
Kaunas, “Raudondvario” stadionu.
İlham Yadullayevin baş məşqçi olduğu Azərbaycan U-19 yığması qrupda növbəti görüşünü martın 28-də eyni arenada Şimali İrlandiyaya qarşı keçirəcək.





















































































