Azərbaycan stolüstü tennisçisi Əliəkbər Mirzəliyev növbəti beynəlxalq nailiyyətə imza atıb.
Sportner.az-ın məlumatına görə, istedadlı idmançı Almaniyanın paytaxtı Berlindəki "WTT Youth Contender" turnirində U-11 yaş dərəcəsində bürünc medal əldə etdikdən sonra Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda gümüş medala yiyələnib.
Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib.
Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Gürcüstanın Batumi şəhərində qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanıb.











































































