Bildiyiniz kimi, Almaniyanın "Berliner" klubunun üzvü Zeyd Nəsirullanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışında iştirak etməyəcək.
Oyunçunun atası Seymur Nəsirullanın Sportnet.az-a verdiyi məlumata görə, Berlin təmsilçisi zədəli olan mərkəz müdafiəçisini geri çağırıb.
17 yaşlı oyunçunun müalicəsi ilə "Berliner" klubu maraqlanacaq. Zeyd sabah Almaniyaya uçacaq.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda martın 24-də Bolqarıstan, 27-də Litva və 30-da Malta ilə qarşılaşacaq.

















































































