"Kəpəz" klubu daha bir futbolçusu ilə vidalaşıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, müqaviləsi başa çatan Fərid Nəbiyevlə yollar ayrılıb.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqası və ölkə kubokunda ümumilikdə 34 matçda meydançaya çıxıb və 4 qolla yadda qalıb.











































































