1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fırtınalar meydanı" bu acını da yaşadı...
"Neftçi" klubu 8 ildən sonra "Xəzər Lənkəran"a səfərdə qalib gəlməyi bacarıb. Sportnet.az-ın məlumatına görə, flaqman sonuncu dəfə səfərdə "ağ-yaşıllar"ı 2007-ci il noyabrın 10-da yenmişdi.
Həmin vaxt "ağ-qaralar" baş məşqçi Vlastimil Petrjelanın rəhbərliyi altında qələbə qazanmışdılar. Ümumiyyətlə, bu, "Neftçi"nin "Xəzər Lənkəran" üzərində 3-cü səfər qələbəsi olub. İlk belə qələbə 2005-ci il dekabrın 18-də qeydə alınıb. Amma hər iki halda minimal hesablı qələbə qeydə alınmış və oyunlar Lənkəran Olimpiya Kompleksinin stadionunda keçirilmişdi.
Bu dəfə isə "Neftçi" "Fırtınalar meydanı" da adlanan "Xəzər Lənkəran" Mərkəzi Stadionunda prinsipial rəqibini yenməyi bacarıb. Üstəlik, "ağ-qaralar" "Xəzər Lənkəran"ın qapısından 1 yox, 2 cavabsız top keçirib.
Daha bir maraqlı məqam tarixi qələbənin Əsgər Abdullayevin rəhbərliyi altında ilk görüşə təsadüf etməsidir. Baş məşqçi postunda Samir Əliyevi əvəzləyən mütəxəssis Lənkəran səfərindən qələbə ilə ayrılmağı bacarıb.
Bu məğlubiyyətdən sonra "Xəzər Lənkəran”ın "Neftçi"ni yenə bilmədiyi son oyunların sayı 10-a çatıb. Paytaxt klubu isə son 9 qarşılaşmada meydanı qolla tərk etməyi bacarıb. Lənkəran təmsilçisi "Böyük oyun"da ardıcıl 4 heç-heçədən sonra 5-ci ev matçında məğlubiyyətə düçar olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqada sonuncu dəfə öz meydanında "Neftçi"ni 2012-ci il dekabrın 14-də yenib - 2:1.