Rusiya Antidopinq Agentliyinin (RUSADA) İntizam Komitəsi ağırlıqqaldıran Anastasiya Demçenkoya dörd il müddətinə diskvalifikasiya cəzası verib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
26 yaşlı idmançının dopinq nümunəsində ekzogen mənşəli testosteron aşkarlanıb. Müvəqqəti uzaqlaşdırılma müddəti nəzərə alındığından, Demçenkonun diskvalifikasiyası 9 yanvar 2029-cu ilədək qüvvədə olacaq.
Qeyd edək ki, Anastasiya Demçenko 45 kq çəki dərəcəsində Rusiya çempionatlarının ikiqat (2019, 2023) gümüş mükafatçısıdır.















































































