1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli komandamızın məşqçiləri seçildi
AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının Məşqçilər Şurasının ilk iclası baş tutub. Sportnet.az-ın məlumatına görə, federasiyanın Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilib.
İclası AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov aparıblar.
Giriş sözü ilə çıxış edən Heydərov ötən ayın sonunda keçirilən Hesabat-Seçki Konfransının nəticələri barədə danışıb, görülən və görüləcək işlər haqqında məlumat verib. Heydərov bildirib ki, bu iclasda yığma komandaların yeni heyəti müəyyən ediləcək və bu proses tam demokratik şəkildə – səsvermə yolu ilə həyata keçiriləcək. Bundan sonra müvafiq yığma komandaların məşqçilərinin arxada qalan 6 ay ərzindəki fəaliyyəti barədə hesabatları dinlənilib.
İclasın sonunda yığma komandaların məşqçilər heyətinin seçilmə prosesi baş tutub. Səsvermə hüququ olan məşqçi və idmançılar layiq bildikləri mütəxəssisləri öz səsvermə kağızlarında qeyd ediblər. Nəticədə yığma komandaların məşqçiləri aşağıdakı kimi müəyyən edilib:
Əsas yığma - Maksum Xasanov, Elnur Hüseynov, Teymur Əliquliyev
Gənclər yığması - Kərim Kərimli
Anar Qasımov
İdris Nəbiyev
Yeniyetmələr - Asif Məmmədov
Elmar Soltanov
Taleh Hüseynov
Əlavə edək ki, qadınlardan ibarət yığmanın məşqçilər heyəti növbəti günlərdə Məşqçilər Şurası tərəfindən müəyyən ediləcək.