Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əfqan Bayramov IV İslam Həmrəyliyi Oyunları üçün çağırış edib. 
Sportnet.az-ın məlumatına görə, yarışın rəsmi saytında 34 yaşlı idmançının çıxışının yer aldığı video çarx təqdim olunub. Ə.Bayramov İslamiadaya hazır olduğunu söyləyib və azarkeşləri idmançılarımza dəstək olmağa çağırıb: "Hər bir zirvə fəth istəyir. Mənim üçün idman bir fəlsəfədir.O fəlsəfəni dərk edirəm. Çalışıram ki, bayrağımız hər zaman zirvədə ucalsın. Hazıram deməkdən qorxmuram: Hazıram! İslamiadada sizdən dəstək gözələyirəm".
Əfqan Bayramov 2013-cü ildə İndoneziayda keçirilən III İslam İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. O, 2012-ci ildə Türkiyədə keçirilən Avropa çempionatlarının qalibidir.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışları mayın 13-dən 17-ə kimi keçiriləcək.
	]
	









                 



    
    
    
    
    
    
    
    
    






















































