1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında ilk medal
Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağırlıqqaldıranlar arasında Avropa birinciliyi start götürüb. Sportnet.az-ın məlumatına görə, yarışda 40-dək ölkədən 305 atlet (175 oğlan və 130 qız) mübarizə aparır.
Azərbaycan təmsilçilərindən Elşən Məmmədov artıq körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsində yarışıb. Lənkəranlı atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb. Məmmədov təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib və bu hərəkətdə 4-cü yeri tutub.
Cəmi 13 yaşı olan və Avropa birinciliyinin ən gənc atleti olan Azərbaycan təmsilçisi toplam 170 kq (75 kq + 95 kq) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.