San-Marinodan olan velosipedçi Maykl Antonelli 21 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə gənc idmançının çıxış etdiyi "Mastromarco Sensi Nibali" komandasının mətbuat xidməti məlumat yayıb.
Antonelli noyabrın 30-da özü və ailəsinin koronavirus testi müsbət nəticələndikdən sonra xəstəxanaya çatdırılıb. Onun anası və qardaşı evdə karantinə alınıb.
Qeyud edək ki, Maykl Antonelli 2018-ci ilin avqustunda gənclər arasında "Florensiya-Viareco" yürüşündə digər iştirakçılarla birgə qəzaya düşüb və ağır zədə alıb. Bərpa prosesi gec getdiyi üçün onun orqanizmi ciddi zəifləyib.