
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev hər bir idmançı ilə fərdi şəkildə görüşür və söhbətlər aparır.
Sportnet.a xəbər verir ki, federasiya prezidenti bu dəfə Elit/U23 yığma komandasının üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda danışıblar. Görüş zamanı velosipedçinin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.
M.Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib və onunla birlikdə veloyürüşdə iştirak edib.
Qeyd edək ki, Federasiya prezidentinin velosipedçiləri hər zaman xüsusi diqqətdə saxlaması, milli komandanın üzvləri ilə fərdi şəkildə görüşməsi idmançılarımızda böyük ruh yüksəkliyi yaradır və onlar daha da səylə hazırlaşaraq yüksək nəticələr qazanmağa çalışırlar.