Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana sablya növü üzrə qadınların şəxsi yarışında Olimpiadaya iştirak hüququ verən universal lisenziya göndərib. Lisenziya Olimpiya Oyunlarına vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.
Həmçinin, Azərbaycan triatlonçusu Rostislav Pevtsov da "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb. Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.
Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.
Qeyd edək ki, bununla da Azərbaycanın “Paris-2024”ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.